Bu uşaqların taleyi faciəli oldu...

Bu uşaqların taleyi faciəli oldu...
11:53 13 Yanvar 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Təəssüflə qeyd edirəm ki, ötən il Azərbaycanda yol qəzaları zamanı ölənlərin 71-i, yaralananların isə 212 nəfəri 16 yaşadək uşaqlar olub.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Şöbə rəisinin sözlərinə görə, statistik göstəricilərə əsasən, müsbət hal odur ki, daha öncəki illə müqayisədə yol qəzalarında uşaq ölümü 16, yaralanmalar isə 30 fakt azalıb.

Qeyd edək ki, şöbə rəisinin sözlərinə görə, 2015-ci ildə Azərbaycanın avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 894 nəfər ölüb, 2265 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR