Bakıda baş verən kütləvi zəhərlənməyə görə cinayət işi açıldı

Bakıda baş verən kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
11:59 13 Yanvar 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhər prokurorluğu paytaxtda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, dekabrın 28-də saat 20 radələrində paytaxtın Ziya Bünyadov prospektində yerləşən “Bakı Tikinti Konstruksiyaları” ASC-nin həyətində fiziki şəxs Elçin Rəhimov tərəfindən icarəyə götürülmüş metal qəbulu məntəqəsinin ərazisində metal tullantısı kimi qəbul edilmiş dəmir balondan qaz sızması nəticəsində yaxınlıqdakı taxta sexinda fəhlə işləyən Rzaağa Heydərov, Yaşar Xancanov, Yusif Kərimov, Rövşən Əbdülhəmidov, Xaqani Nurəliyev, Pərviz Əbdülhəmidov və Cabbar Əliyevin zəhərlənib. Həmin şəxslər xəstəxanaya yerləşdirilib və hüquq mühafizə orqanlarına daxil olmuş məlumat  əsasında Nərimanov rayon prokurorluğunun, rayon polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Müvafiq ekspertizalar təyin edilib, digər zəruri tədbirlər yerinə yetirilib. Zərərçəkmiş şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq)  maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR