ABŞ Şimali Koreyanın Hiderogen bombasını sınaqdan keçirməsinə cavab olaraq yeni bir bomba hazırlayır.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın "New York Times" qəzetinin yazdığı xəbərdə qeyd edilir ki, ötən ay ABŞ ordusunun Nevada da, səhrada sınaqdan keçirdiyi B61-12 raketinin daha təkmilləşdirilmiş versiyası hazırlanır.
B61-12 model raket şəklindəki nüvə bombası
Hazırlanan yeni bomba növü müharibə zamanı Şimali Koreyanın nüvə test mərkəzlərini və silah anbarlarını yox etmək məqsədi güdür.
ABŞ Nevada ştatı
Yanvarın 6 Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib. Sınağın uğurla keçdiyi barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb.
KXDR "məsul nüvə dövləti" olduğunu və yalnız ölkə üçün təhlükə olacağı təqdirdə kütləvi qırğın silahı tətbiq edəcəyini açıqlayıb. Bundan başqa, Pxenyan bildirib ki, nüvə texnologiyalarını hər hansı dövlətə vermək niyyətində deyil.
BMT Təhlükəsizlik Şurası isə bu sınaqlara cavab olaraq Pxenyana qarşı müxtəlif sanksiyalar tətbiq edib. Hələ ötən ilin dekabr ayında KXDR lideri Kim Çen In ölkəsində hidrogen bombası olması barədə məlumat verib.
Kim Çen In Şimali Koreya lideri