Gömrükdən keçməyən külli miqdarda siqaret və yuyucu toz vasitəsi (FOTO)

Gömrükdən keçməyən külli miqdarda siqaret və yuyucu toz vasitəsi (FOTO)
17:28 13 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gömrükçülər ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret və yuyucu toz vasitəsinin realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Gəncə şəhər sakini Bağırov Nazir Oqtay oğlunun idarə etdiyi "20 DH 197" dövlət nömrə nişanlı "Ford Transit" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 6016 ədəd xarici markalı siqaret və 423 kq yuyucu toz vasitəsi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR