Pensiya və maaş artırılacaq - VİDEO

Pensiya və maaş artırılacaq - VİDEO
23:20 13 Yanvar 2016
448 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il pensiya və maaşlar artırılacaq. Bununla bağlı prezident İlham Əliyev aidiyyati qurumlara tapşırıq verib. Bəs bu istiqamətdə hansı işlər görülür və artımlar nəyə əsasən həyata keçiriləcək?

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, əməkhaqqı, pensiya və müavinətlərin artımı üçün əhalinin xərcləri hesablanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin monitorinq qrupları bölgələrdə araşdırma aparır, devalvasiyadan sonra məhsulların nə qədər bahalaşdığı öyrənilir.

Topdan və pərakəndə satış bazarlarında, supermarketlərdə və xırda ticarət mərkəzlərində  minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq mallarının indiki qiyməti əvvəlki qiymətlərlə müqayisə olunur. 

Bahalaşma nəticəsində əhalinin xərclərinin nə qədər artdığı hesablanacaq, əməkhaqqı və sosial ödənişlər buna uyğun qaldırılacaq.

Artımlarla əlaqədar dövlət büdcəsinə yenidən baxılacaq.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR