Türkiyə 2015-ci ildə serialların satışından 250 milyon dollar gəlir əldə edib

Türkiyə 2015-ci ildə serialların satışından 250 milyon dollar gəlir əldə edib
23:20 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyə 2015-ci il ərzində serialların satışından 250 milyon dollar gəlir əldə edib.
"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə ildə 70 serial çəkilir ki, onlardan 10-15-i xaricə satılır.
Məlumata əsasən, "Minbir Gecə", "Fatmagül'ün Suçu Ne", "Ezel", "Kara Para Aşk", "Sıla", "Yaprak Dökümü" və "Aşk-ı Memnu" kimi seriallar hesabına ötən il Türkiyə 70 ölkədən yüz milyonlarda dollar qazanıb.
Proqnozlara görə, 2016-cı ildə seriallar satışından əldə edilən gəlir daha da artacaq və 300 milyon dollar təşkil edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR