İstanbulda törədilən terror aktında şübhəli bilinən daha 4 nəfər saxlanılıb

İstanbulda törədilən terror aktında şübhəli bilinən daha 4 nəfər saxlanılıb
04:28 14 Yanvar 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İstanbulun Sultanəhməd meydanında tramvay dayanacağının qarşısında törədilən terror aktı ilə bağlı daha 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir ki, bunu jurnalistlərə açılamasında Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Baş nazir qeyd edib ki, İstanbulda təhlükəsizliyin təmin edilməsi istiqamətində bundan sonra da ciddi addımlar atılacaq.

Xatırladaq ki, İstanbulun mərkəzindəki Sultanəhməd meydanında törədilən partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Suriyadan olan terrorçu özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2480148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR