Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda polis bölməsinə silahlı hücum olub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular tərəfindən törədilən partlayış nəticəsində yaralananların olduğu bildirilir.
Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib
Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.