"Qalatasaray" yeni transferinin dəyərini açıqladı

"Qalatasaray" yeni transferinin dəyərini açıqladı
10:42 14 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" Martin Linnesin transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Qalatasaray" buna görə, "Molde"yə 2 milyon dollar ödəyəcək. Bundan başqa Norveç klubu Linnesin start heyətində meydana çıxdığı hər matça görə 100 min avro alacaq. Bu ödəmə oyunçunun "Qalatasaray"da 100-cü rəsmi oyunda başa çatacaq. Yəni İstanbul klubu bonus olaraq 500 min avro ayırıb..

Linneslə 3,5 illik müqavilə imzalanıb. 2015/16 mövsümünün ikinci yarısında 475 min avro maaş alacaq futbolçu üçün 10 min avro matçbaşı ayrılıb (matçbaşı Super Liqa, Super Kubok və avrokubok şamil edilir, 12 oyundan sonra reallaşır).

2016/17, 2017/18 və 2018/19 mövsümlərində 950 min avro maaş alacaq futbolçuya 10 min avro matçbaşı veriləcək (matçbaşı Super Liqa, Super Kubok və avrokubok şamil edilir, 25 oyundan sonra reallaşır).

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR