İstanbul terrorunda gizli iz

İstanbul terrorunda gizli iz
18:01 14 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə əsilli Nabil Fadlı İstanbulun Sultan Ahmed meydanında özünü partladaraq 10 alman turistin həyatına son qoyandan sonra Suriyada PKK terror təşkilatının yerli bölməsi PYD təşkilatı bayram şənlikləri təşkil edib.

ANS PRESS-in məlumatına görə, buna görə də Fadlı ailəsinin Suriyada yaşadığı Amarna kəndində Fadlının canlı bomba kimi PYD tərəfindən də istifadə edilə biləcəyini düşünürlər. Nabil Fadlı atası səudiyyəli ərəb Abdullatif Fadlı və anası erməni mənşəli Sofiya Fadlı 1996-cı ildə Türkiyə sərhəddinə yaxın olan bu kəndə yerləşiblər. Kəndin əsas əhalisinin türkmənlər olduğu nəzərə alınarsa, aidə üzvlərinin türkcə bildiyi, Türkiyə ilə yaxın əlaqələr malik olduğu da ortaya çıxır. Nadim Fadlının bacısı da artıq iki ildir ki, Türkiyədə yaşayır, İstanbul, Qaziantep və Bursada yaxın qohumları var.


Nabil Fadlı - özünü partlatmış kamikadze

Buna görə də terrorçunun Suriyada yaşayan atası Abdullatif Fadlı Türkiyə mətbuatına verdiyi müsahibəsində oğlunun İstanbulda partlayış törətməsinin səbəblərini anlaya bilmir: "Oğlumuz Türkiyədə heç olmamışdı. Onu kim oraya apardı, necə bütün bu bombalarla təmin etdi və necə özünü partlatmağa razı saldı, anlamadıq. Sultan Ahmetdəki canlı bomba terrorunu Nabilin həyata keçirməsi xəbərini alan zaman böyük şok yaşadıq".

Suriyanın Hələb vilayətinin Mumbuç bölgəsində yaşayan Fadlı ailəsi oğlunun terrora PYD tərəfindən də yönəldilə bildiyini vurğulayır. Onların dediyinə görə, oğulları 2 il qabaq İŞİD sıralarına qatılıb və ailəyə PYD ilə döyüşlərdə həlak olduğu barədə xəbər verilib: "İŞİD-in Mumbuç üzrə rəhbəri bizə gələrək, Nabilin Set Tişri bölgəsində PYD ilə girdiyi döyüşdə öldüyünü, cəsədinin PYD bölgəsində qaldığını söylədi. Biz də matəm çadırı qurub, Quran oxutduq. Amma bu xəbəri eşidən zaman xəcalət çəkdik".


Qabil Hüseynli - keçmiş dövlət müşaviri

Bu məqama diqqət yetirən azərbaycanlı politoloq Qabil Hüseynli ANS PRESS-ə müsahibəsində Nabil Fadlının İstanbulda törətliyi terrorun Rusiya -Suriya tandemi ilə bağlı ola biləcəyini vurğulayır: “Nabil Fadlının İŞİD üzvü olması şübhəlidir. Səudiyyə Ərəbistanında İŞİD ilə əlaqələrə görə onu həbs edərək işkəncə veriblər, 10 ayaq barmağının sədəflərini çıxarıblar. Amma onun İŞİD üzvü olduğunu sübut edə bilməyiblər, ona görə buraxmağa məcbur olublar”.

Qabil Hüseynlinin fikrincə, ortaya çıxan faktlar terrorun Moskvada planlaşdarıldığını,Bəşər Əsədlə yaxın əlaqələrə malik PYD tərəfindən həyata keçirildiyini düşünməyə imkan verir: “Burda müəmmalar çoxdur. İstintaq onun özünü partlatmağa necə razı salındığı üzərində işləməlidir”.

Bu versiya gerçəkdirsə, Moskvanın hədəfi aydındır - terror qurbanı kimi məhz alman turistlərin seçilməsinin əsas məqsədi milad tətili günlərində Türkiyəyə Avropadan turist axınını dayandırmaq olub. Yəni Moskva təkcə rus turistlərin ayağının bu ölkədən çəkilməsi ilə kifayətlənmək istəmir. Həm də Kreml bu addımla Avropaya bir növ hədə-qorxu gəlir və sadə avropalıların stress əhvalını gücləndirir.


Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

Türkiyə mətbuatını izlədikdə rəsmi Ankaranın da daha çox bu versiyaya üstünlük verdiyini görmək olur. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul terroru ilə bağlı etdiyi çıxışındai İŞİD-dən çox PKK-nın təhlükəsindən danışıb. Türkiyə prezidentinin bu cür davranış üçün yəqin ki, bir əsası var. Hər halda, hər insana öz köynəyi daha yaxındır. Həm də ki.od olmazsa, tüstü olmaz deyirlər.

İstanbulda terrorun baş verdiyi ərazidən görüntülər:

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR