Türkiyədə sevgilisi ilə mübahisə edən Erkan Balcı öv tüfəngilə özünü vurub.

ANS PRESS-in məlumatına görə, 26 yaşlı gənc intihar etməzdən bir gün əvvəl sosial şəbəkədə "Öləcəyik hər halda, yaxındır" statusunu paylaşıb.

Hadisə Burdur vilayətində baş verib. Valideynlərinin bazara getməsindən istifadə edən Erkan Balcı, telefonda Yeşim adı ilə yaddaşa saldığı sevgilisinə zəng edib. Qızla mübahisə etdikdən sonra babasının evdəki ov tüfənini götürüb qarnına dayayıb və tətiyi çəkib.

O, aldığı güllə yarasından elə yerindəcə keçinib. Bazardan evə dönən ata-ana qarşılaşdıqları mənzərədən şoka düşürlər. Təxminən 1 saat əvvəl sapsağlam qoyub getdikləri oğulları evin ortasında qan içində hərəkətsiz halda uzanmışdı. Bədbəxt ata-ana övladlarının cansız bədəni ilə qarşılaşsalar da təcili tibbi yardım və polis çağırırlar.

Morqa aparılan Balcının cənazəsi ekspertizadan sonra torpağa tapşırılır.

Erkan Balcının, ölümündən bir gün neçə gün əvvəl isə gəlin və bəy fotosu paylaşaraq yazdıqları isə ölümündən sonra hər kəsin ürəyini sızlatdı: "Allahım, mənə də bu günləri görməyi nəsib et, amma istədiyimlə. Cimciməmlə olacaqsa olsun, Allahım onunla olmayacaqsa heç kimlə olmasın, heç kimi istəməm Allahım!"

26 yaşlı gəncin ürək sızladan intihar faciəsi (FOTO)
Mənbə
ANS PRESS