Antalyada təlim-məşq toplanışında olan "Verder"in məşqində maraqlı məqam diqqəti çəkib. Fanat.az xəbər verir ki, Almaniya klubunun qapıçıları məşqə günəş eynəyinə bənzər eynəklərlə çıxıb.
Məlumata görə, günəş eynəyindən fərqlənməyən "Nike" istehsalı olan bu eynəklərin iki xüsusiyyəti var. Birincisi, eynək görüş səviyyəsini daraldır. İkincisi isə çox qısa aralıqlarla işığı qapadıb açır. Belə ki, qapıçı yarım saniyə topu görür, yarım saniyə görmür.
Komandanın qapıçılarla işləyən məşqçisi Kristian Vander bu eynəkləri yetirmələrinə bütün məşqlərdə taxdırır. Səbəbini isə belə açıqlayır: "Oyun zamanı qarşısında oyunçu olan qapıçının görüş səviyyəsi azalır və ya tamamilə qapanır. Bu vəziyyətə hazır olmaları üçün belə addım atmışıq".
Qeyd edək ki, "Verder" Antalyada Bakı "İnter"i ilə yoxlama oyunu keçirəcək.
Fanat.az