Qarlı hava şəraiti səbəbindən Moskvadan Qəbələ və Gəncəyə olan uçuşlar təxirə salınıb

Qarlı hava şəraiti səbəbindən Moskvadan Qəbələ və Gəncəyə olan uçuşlar təxirə salınıb
11:53 15 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, Elvin Camalov, AZƏRTAC
Yanvarın 15-də qarlı hava şəraiti ilə əlaqədar Moskvanın “Domodedovo” aeroportundan Azərbaycanın Qəbələ və Gəncə
şəhərinə olan aviareyslər təxirə salınıb.
AZƏRTAC “Domodedovo” aeroportunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, Moskvadan Qəbələyə nəzərdə tutulan
“NN 433” və Gəncəyə həyata keçirilməli olan “U6 2411” saylı təyyarə reysləri təxirə salınıb. Qəbələyə olan uçuşun “VİM-Avia” aviaşirkətinə məxsus “Boeing 757-200” təyyarəsi, Gəncəyə isə “Ural Airlens” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsi ilə həyata keçirilməsi gözlənilirdi.
Xatırladaq ki, yanvarın 13-də “Domodedovo”dan qarlı hava şəraiti ilə əlaqədar Lənkəran və Gəncəyə olan aviareyslər də təxirə salınmışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarli_hava_seraiti_sebebinden_Moskvadan_Qebele_ve_Genceye_olan_uchuslar_texire_salinib-918682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR