Bakı, 11 fevral, AzərTAc
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fevralın 11-dən etibarən Bərdə rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən AzərTc-a bildiriblər ki, layihələrdə cins heyvandarlıq təsərrüfatlarının, pendir, üzlük daş və corab istehsalı müəssisələrinin, "Yaşıl market" və kiçik fermer mağazalarının və intensiv bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.
Əlavə məlumat üçün fonda müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az