Daha bir paytaxtda terror hadisəsi (FOTO)

Daha bir paytaxtda terror hadisəsi (FOTO)
02:16 16 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Burkina-Fasoda şəhər mərkəzində yerləşən mehmanxananın yanında güclü partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

Partlayışın Burkina- Fasonun paytaxtı Uaqaduqunun mərkəzində “Splendid” mehmanxanasının yaxınlıqda meydana gəldiyi qeyd olunur. Yerli KİV-in məlumatına görə, xeyli sayda qurbanlar var.



Mehmanxananın yanında Uaqaduqu prospektində yanan avtomobil aşkar edilib.

Teraktın baş verdiyi mehmanxanada əsasən avropalılar və BMT əməkdaşları qalır. Bildirilir ki, hadisə yerində atəş səsləri eşidilib. Şahidlər üç silahlı kişini gördüyünü qeyd ediblər.


Splendid oteli

Qeyd edək ki, dünən İndoneziya paytaxtı Cakartada partlayışlar baş verib. Baş verən silsilə partlayışlar nəticəsində artıq 17 insan həlak olub. Axşam saatlarında Cakartanın mərkəzində yenidən partlayışlar olub. Bu haqda yerli telekanala istinadən Reuters bildirib. Polis hadisə yerinə yollanıb. Hüquq-mühafizə orqanları vəziyyəti aydınlaşdırır.


Hadisə baş verən ərazi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR