Girov götürülənlərdən 63 nəfər azad olundu

Girov götürülənlərdən 63 nəfər azad olundu
10:36 16 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Afrikada Burkina-Fasoda, avropalıların qaldığı Splendid oteldə baş verən partlayışda silahlıların girov götürdüyü 63 nəfər azad olunub. Rəsmi açıqlamaya görə azad olunan girovlar arasında hökümətin nüfuzlu şəxsləri də var.

ANS PRESS-in xarici mətbuata istinadən əldə etdiyi məlumatda bildirilir ki , zərəçəkənlərin sayının artacağı istisna olunmur. Məhz bu səbəbdən hökumət terror qurbanlarının,eləcə də girov götürülənlərin axtarışını davam etdirir.


Splendid oteli

Hadisə ötən gün Burkina-Fasonun paytaxtı Uaqaduqunun mərkəzində “Splendid” mehmanxanasında qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə mehmanxanada üç silahlı kişi görüblər, daha sonra atəş səsləri eşidilib. Baş vermiş partlayışda ən azı 20 nəfərin öldüyü bildirilir. Terror hadisənin baş verdiyi mehmanxanada əsasən avropalılar və BMT əməkdaşları qalır. Yerli KİV-lərin məlumatına görə, teraktın məsuliyyətini artıq “əl-Qaidə” terror təşkilatına bağlı “İslami əl-Məğrib” qruplaşması öz üzərinə götürüb.



Bənzər hadisə dünən İndoneziyanın paytaxtı Cakartada da baş verib. Qeydə alınan silsilə partlayışlar nəticəsində 17 nəfər həlak olub. Axşam saatlarında Cakartanın mərkəzində yenidən partlayışlar olub. Bu haqda yerli telekanala istinadən Reuters bildirib. Polis hadisə yerinə yollanıb. Hüquq-mühafizə orqanları vəziyyəti aydınlaşdırıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR