Burkino-Faso: 60-dan çox girov azad olunub

Burkino-Faso: 60-dan çox girov azad olunub
11:28 16 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Burkino-Fasonun paytaxtındakı oteldə terrorçular tərəfindən girov götürülənlər şəxslərdən 63-ü xilas edilib. Onların 33 nəfəri yaralıdır. Bu barədə Frans-Press agentliyinə ölkənin rabitə naziri məlumat verib.
AZƏRTAC Ria novosti agentliyinə istinadla xəbər verir ki, azad edilənlər arasında hökumət naziri də var. “Həlak olanlar haqqında bizdə dəqiq məlumat yoxdur. Burkino-Fasonun təhlükəsizlik qüvvələri fransız xüsusi xidmətinin dəstəyi ilə otelə hücumu davam etdirirlər”, - deyə rabitə naziri bildirib.
Xatırladaq ki, yanvarın 16-na keçən gecə naməlum şəxslər əvvəlcə kafeyə hücum edib, daha sonra Uaqaduqu şəhərindəki Splendid otelində insanları girov götürüblər. Bu oteldə tez-tez Qərb ölkələrinin nümayəndələri, o cümlədən BMT-nin əməkdaşları qalırlar.
Yerli xəstəxana rəhbərliyinin verdiyi məlumata görə, terror aktı nəticəsində azı 20 nəfər həlak olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Burkino_Faso_60_dan_chox_girov_azad_olunub-919025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR