İran XİN başçısı: "Sanksiyalar bu gün ləğv ediləcək"

İran XİN başçısı: "Sanksiyalar bu gün ləğv ediləcək"
13:17 16 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ "İrana qarşı sanksiyalar bu gün ləğv ediləcək". "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Nazirin sözlərinə görə, sanksiyaların ləğvi həm İran, həm də bütünlükdə Yaxın Şərq üçün müsbət haldır. Amma bəziləri hələ də nüvə anlaşmasından çəkinir və bunun əleyhinə çıxmağa çalışacaq.
Xatırladaq ki, İran XİN başçısı bu gün nüvə proqramı üzrə danışıqlar aparmaq üçün Vyanaya yollanıb. Danışıqlarda həmçinin ABŞ dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-ran-xi-n-bascisi-sanksiyalar-bu-gun-legv-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR