Sumqayıtda oğru dəstəsi ələ keçdi

Sumqayıtda oğru dəstəsi ələ keçdi
18:44 16 Yanvar 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt Şəhər Polis İdarəsi cinayət-axtarış şöbəsinin əməkdaşları şəhərin müxtəlif ərazilərində oğurluqla məşğul olan 4 nəfərdən ibarət quldur dəstəni saxlayıb.

 

APA TV-nin xəbərinə görə, Sumqayıt sakinləri olan 1991-ci il təvəllüdlü Raqif Mirzə oğlu Piriyev, həmyaşıdı Etibar Muxtar oğlu Məmmədov, 1994-cü il təvəllüdlü Güləlizadə Samir Ələkbər oğlu və 1990-cı il təvəllüdlü Mehman İsrafil oğlu Salmanov şəhərin müxtəlif ərazilərində yerləşən internet klublarından, kafe, mebel və ərzaq dükanlarından 15 ədəd mobil telefon, 9 televizor, 6 plesteyşn, 6 noutbuk və 1 fərdi kompüter oğurlayıblar.

 

Quldur dəstə oğurladıqları malları dəyər-dəyməzinə sataraq, əldə etdikləri pulları kef məclislərinə və geyimlərinə xərcləyiblər.

 

Onlar sakinlərə ümumilikdə 10000 manata yaxın zərər vurublar. Quldur dəstənin hər bir üzvü törətdiyi əməldən peşman olduqlarını bildirib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR