İran: "Bizi artıq kimsə saxlaya bilməz"

İran: "Bizi artıq kimsə saxlaya bilməz"
22:52 16 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Məruz qaldığı sanksiyalar ləğv ediləndən sonra İran neft hasilatını artıracaq.
İranın OPEC-dəki nümayəndəsi Mehdi Əsalinin dediyinə görə, sanksiyalar götürüləndən sonra Tehran sutkalıq neft hasilatını hər hansı şəkildə məhdudlaşdırmaq niyyətində deyil.
Milli.Az İRNA-ya istinadən bildirir ki, Əsali deyib: "Bu məqsədə çatmaq üçün ölkənin bütün imkanları var. Neft ixracatını sutkada 2 milyon barrelə çatdırmaq niyyətimiz var".
Bu gün İranın nüvə anlaşmasını yerinə yetirməsi ilə bağlı Beynxəlq Nüvə Agentliyinin məruzəsi açıqlanıb.
Daha sonra isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini birgə bəyanat yayaraq sanksiyaların ləğvini bildirəcəklər.
Sankisylara ləğv olunandan sonra İran xarici ölkələrdəki "dondurulmuş" bank hesablarını aktivləşdirəcək. Həmin hesablarda 50 milyard dollar var.
Eyni zamanda, İran sutkalı neft ixracatını 500 min barrel artıracaq ki, bu da neftin daha da ucuzlaşmasına səbəb ola bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR