[ 11 Fevral 2015 21:02 ]


Bakı – APA. Fevralın 11-də Mədəniyyət və Turizm Nazirliyində "Bakı-2015" I Avropa Oyunlarına hazırlıqla bağlı mədəniyyət və turizm proqramlarının təşklii ilə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, gənclər və idman naziri Azad Rəhimovun və hər iki qurumun məsul şəxslərinin iştirakı ilə baş tutan iclas Avropa Oyunları zamanı Azərbaycana gələcək qonaqlara təqdim ediləcək yüksək səviyyəli mədəni proqramların təşkilinin müzakirəsinə həsr olunub.

İclasda Avropa Oyunlarının davam etdiyi günlərdə ölkədə fəaliyyət göstərən teatr-konsert müəssisələrində, kinoteatrlarda, muzeylərdə, açıq havada qonaqlar üçün təqdim ediləcək proqramlar, onların Azərbaycanın mədəni irsi, incəsənəti ilə yaxından tanış olması məqsədilə hazırlanmış əlavə xidmətlər haqqında məlumat verilib, eyni zamanda daha geniş və əhatəli tədbirlərin hazırlanması məsələsi müzakirə edilib.