Güclü qar yağışı nəqliyyatın işində də ciddi fəsadlara yol açıb. Yaponiyanın "Japan Airlines" və "All Nippon Airways" daşıma şirkətlərinin məlumatına görə, indiyə qədər artıq 177 təyyarə reysi ləğv edilib. Uçuş cədvəlindəki dəyişikliklər əsasən daxili marşrutlara aid olub.
Yaponiyanın dəmir yolları operator-şirkəti "JR East" isə onlarla qatar reysinin ləğv edildiyini açıqlayıb. Bu reyslər əsasən Tokiodan ölkənin dağlıq rayonlarına olanlardır.