[ 12 Fevral 2015 03:38 ]



Bakı-APA. Avropa zonasının maliyyə nazirləri Şurası (Avropa qrupu) Yunanıstana maliyyə yardımı üzrə yekun razılığa gələ bilməyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Şuranın sədri Yerun Deysselblum bəyan edib.

“Müzakirələrimiz konstruktiv şəkildə keçsə də, bu, yekun qərar üçün kifayət deyil. Danışıqlar fevralın 16-da davam edəcək”, deyə Avropa qrupunun başçısı bildirib.

Qeyd edək ki, Yunanıstanın dövlət borcu ölkənin ümumi daxili məhsulunun 177 faizinə çatır.