Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 29-da Xəzər Universitetində Avrasiya Akademiyasının açılışı və “Avrasiya əfsanəsi” mükafatının təqdimatı olacaq.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyə, ABŞ, İsveçrə, Latviya və digər ölkələrdən nümayəndələrin iştirakı gözlənilir.
Avrasiya Akademiyası haqqında ətraflı məlumatı http://eurasia-academy.org/ saytından əldə etmək mümkündür.