Bakı, 22 yanvar, AZƏRTAC
“Hyundai” şirkəti bu ilin yay-payız aylarında müasir “Creta” krossoverinin istehsalına başlayacaq. Krossover Rusiya Federasiyası və MDB ölkələri üçün nəzərdə tutulacaq.
AZƏRTAC “dni24.com” saytına istinadla xəbər verir ki, Sankt-Peterburq ətrafında yerləşən “Hyundai” zavodunda müasir krossover istehsalını tənzimləmək üçün ən müasir avadanlığın cəlb olunması işləri başa çatıb. Zavod yeni krossover istehsalını bu il işə salmaq niyyətindədir. 2017-ci ildə istehsal həcmi artaraq, ildə təqribən 100 min, gələcəkdə isə təqribən 150 min avtomobil təşkil edəcək. “Creta“ avtomobilləri Azərbaycan, Özbəkistan, Moldova, Qırğızıstan, Ukrayna, Belarus və Qazaxıstan bazarları üçün nəzərdə tutulub.