"Borussiya"nın icraçı direktoru Hans-Yoahim Vatske alman futbolunun Britaniya futbolundan geri qalmadığını düşünür. Son zamanlar Almaniyanın əksər tanınımış mütəxəsisləri Premyer Liqa klublarının malik olduğu geniş maliyyə imkanları sayəsində beynəlxalq arenada daha çox titul qazanacağını planlaşdırır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Vatske isə bundan narahat olmadığını bildirib.
"İngilislərdən qətiyyən qorxum yoxdur. Bundesliqa qalib keyfiyyətini ön plana çıxarmalıdır. Almaniya çempionatı Premyer Liqadan heç də geri qalmır. Bizim emossional azarkeşlərimiz, gözəl stadionlarımız və yüksək səviyyəli oyunumuz var. Biz dünya çempionuyuq. İngiltərə isə yayda 50 illik titul həsrətinə festival keçirə bilər".
"Premyer Liqada da ÇL-a 4 komanda göndərir. Təsəvvür edə bilmirəm ki, "Borussiya"nın uğurlarını "Kristal Palas" və ya "Norveç Siti" təkrarlasın. "Borussiya" Avropanın 10 ən yaxşı klubundan biridir.
Milli.Az