Mütəmadi olaraq idmanla məşğul olmağın saysız faydalarının olduğunu hər birimiz bilirik. Bu dəfə isə ürək dostu olan idman növlərindən söz açacağıq. Həftənin 3, ya 4 günü ən az 30 dəqiqəlik orta səviyyəli aerobik idmanlar ürəyinizin dostu ola bilər. Milli.Az lent.az-a bildirir ki, idman günləri arasında da bir gün fasilə verərək bədənin özünə gəlməsi üçün imkan yaratmaq məsləhətdir.

Mütəmadi idmanın faydaları

Hər gün edilən idman nəbzi və təzyiqi tənzimləyir, əzələlərin funksiyalarını inkişaf etdirərək, alınan oksigenin hüceyrələrə daha çox daşınmasını təmin edir. Nəticədə bədənin aerobik həcmi artır və bu da ürək problemi yaşayanların, piylənmə və şəkər kimi sistemik xəstəlikləri olanların, xroniki xəstəliyə sahib olanların gündəlik fəaliyyətlərini və işlərini yorulmadan asanlıqla etmələrinə yardımçı olur.

Aerobik idman növləri bədən ağırlığını və yağ kütləsini azaldır, xolesterol və trigliserid səviyyəsini, q an təzyiqini aşağı salır və tənzimləyir. Deyilənə görə, aerobik idmanlar ürək xəstəliyindən ölüm hallarını yüzdə 25 azaldır. Yəni idman etmək ürəyimiz, əzələlərimiz, immunitet sistemimizi qoruyur, gücləndirir. Ancaq insan sağlamlığına faydası olan bu idmanın bir də qaranlıq tərəfi var. O nədir?

İdman ürəyinizi incəldə bilər

Uzun müddət idman edən şəxslərin ürəklərində skarlaşma (incəlmə) olduğu təsbit edilib.
Belə ki, uzun müddət ağır (ağırlıq qaldırma) və aerobik idmanla məşğul olan şəxslərdə ürək əzələsi zəifləyir. Ağır və uzun müddət edilən idman ürəyin sağ mədəciyinin zərər görməsinə səbəb olur. İdmandan əvvəl isinmə hərəkətləri etmək, sonra soyuma hərəkətləri və idman günləri arasında bədənin özünə gəlməsi üçün bir gün fasilə verməklə bu problemlər öz həllini tapacaq.

Uzun müddət və ağır şəkildə idmanla məşğul olanların böyürtkən, tut, fındıq və tünd yaşıl yarpaqlı tərəvəzlər yeməsi idmanla ortaya çıxa biləcək oksidativ təsirin üzərini yara bantı kimi qapadacaq.

İdman günləri arasında bir gün fasilə vermək və idman növlərini tez-tez dəyişdirmək (bir gün üzgüçülük, bir gün fasilə, ertəsi gün velosiped, bir gün fasilə, sonrakı gün qaçış) idmanın bədənə vura biləcəyi zərərli təsiri azaldır.


Sağlamlıq problemi olanlar həkim müayinəsi altında idman etməlidir.

40 yaşını keçən şəxslərin və sağlamlıq problemi olanların həkim müayinəsi altında idman etməsi məsləhət görülür. Həftədə 3, ya 4 gün aerobik idmanla məşğul ola bilərsiniz. Bu idmanları 10-15 dəqiqəlik fasilə ilə edin, ya da sürəti yavaş-yavaş artıra bilərsiniz.


Ürək dostu olan 6 idman növü

Qaçmaq

Əyləncəli və gərgin iş sonrası belə, gerçəkləşdirilə bilən, iri əzələ qruplarını ritmik olaraq çalışdıran aerobik idmandır.

Velosiped sürmək

İri əzələ qruplarını çalışdıran aerobik idmandır. Diz ağrınız varsa, ayaqcıqları yüksəldə bilərsiniz.

Üzgüçülük

Həftədə 2, ya 3 saat üzmək məsləhətdir. Sümük və oynaqlara az yük mindiyi üçün piylənmə və oynaq problemi olanlar üçün möhtəşəm seçimdir.

Eliptik velosiped istifadə etmək

Həm ayaq, həm də qolları çalışdırır. Ritmik hərəkətlər gövdə və çiyinlərə qan axımını da təmin edir.

Rəqs etmək

Motivasiyaedici bir musiqi ürək ritmini 120-135 arasında artıra bilir.

Tai chi

Bütün dünyanın sevimlisi olan Tai Chi hərəkətli meditasiyanı təmin edən möhtəşəm aerobik idmandır.

Milli.Az