Ağcabədi rayonunda mənzildən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Milli.Az DİN-in saytına istinadən bildirir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Rabil Məmmədovun evindən içərisində 10 000 manat və 10 000 ABŞ dolları, habelə qızıl əşyaları olan seyfi oğurlamış həmyerliləri Samir Məhərrəmov tutulub, daha 2 nəfər isə müəyyən edilib.
Milli.Az