31 yanvar 2016-cı il tarixində AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi. Tamaşaçılar zəkaların "İqtisadiyyat tarixi" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Qafqaz universitetinin tələbəsi Qorxmaz Aydınlı, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Qoşqar Mürsəlzadə, yaşıl yolda isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Səbinə Mehbalıyeva mübarizə apardı. Bu qarşılaşmanın qalibi Qoşqar Mürsəlzadə oldu.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.








