Biz Azərbaycan Kommunist partiyası olaraq nəinki Azərbaycanda, ümumiyyətlə, bütün sovet respublikalarında SSRİ dövründən qalan simvolikaların aradan qaldırılmasına, silinməsinə hər zaman etiraz etmişik.
Milli.Az bildirir ki, bu sözləri Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov modern.az-a açıqlamasında bildirib.
Rauf Qurbanov Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında olan sovet ulduzlarının söküləcəyi il bağlı mətbuatda gedən yazılara münasibət bildirib.
Partiya sədri hesab edir ki, bugünkü nəslin əksər hissəsi məhz sovet-kommunist quruluşunun məhsulu olduğu üçün bu cür addımların atılması tarixə hörmətsizlikdir:
"Mən, ümumiyyətlə, Azərbaycan vətəndaşı olaraq dövlətin tarixində olan şəxsiyyətlərin, hər hansısa tarixi dövr ərzində mövcud olmuş siyasi quruluşların simvoliklarının silinməsinin əleyhinəyəm".
Milli.Az