"Kiralık aşk"ın baş rol qəhrəmanı Barış Arduç serialdakı tərəf müqabili Elçin Sanqu ilə fotosunu paylaşdıqdan sonra fanatlar çəkiliş meydançasına hücum ediblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ağır xəstəlikdən sağalaraq çəkiliş meydançasına gəldiyini bilən heyranları Barışı görmək üçün izdiham yaradıblar.
200-dən çox gənc qız küçədə aktyoru gözləsələr də, o, çölə çıxmayıb.



