Müğənni Şakir Abbas avtomobil qəzasında dünyasını dəyişən sənətçi Şəfanın “Geri dön” mahnısını və yeni fotosessiyasını təqdim edib.

Metbuat.az xəbər verir ki, ifaçı söz və musiqisi Şəfa Hüseynova aid olan mahnının yeni versiyada aranjmanının Arzu Abbasova məxsus olduğunu bildirib:

“Şəfa sağlığında “Geri dön”ü həyat yoldaşına ithaf etmişdi. Onu dəlicəsinə sevirdi. Sevgidən və ona edilən xəyanətdən yaranan bir mahnıdır. Şəfa həyatdan nakam getdi. “Geri dön” zamanında çox sevilib. Mahnının unudulmasını istəmədiyim üçün onu lentə yazdırdım. Eyni zamanda bu mahnını minlərlə insan məndən oxumağımı istəyib”.

Qeyd edək ki, Şakir Abbasın yeni fotolarının müəllifi Murad B-offdur.

Şakir Abbas mərhum Şəfanın mahnısını və yeni fotosessiyasını təqdim etdi (Foto+video)
Şakir Abbas mərhum Şəfanın mahnısını və yeni fotosessiyasını təqdim etdi (Foto+video)
Şakir Abbas mərhum Şəfanın mahnısını və yeni fotosessiyasını təqdim etdi (Foto+video)