Turnirə Azərbaycan, Qazaxıstan, İran, Türkmənistan və başqa ölkələrdən səkkiz komanda qatılacaq.
"Birinci mərhələdə komandalar dairəvi sistemlə 4 tur oynayacaq. Bununla onlar 1-8-ci yerlərin sahiblərini müəyyənləşdirəcək. Sonra komandalar yarışın final mərhələsində olimpiya sistemi ilə yarışacaq (1-ci yerin sahibi 8-ci yerin sahibiylə, 2-7, 3-6, 4-5) və qalibin adına aydınlıq gələcək. Final turniri 2016-cı ilin oktyabrında Aşqabadda keçiriləcək", - deyə nazirlikdən bildiriblər.