"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Novruzov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Kamil Novruzov 2015-ci ilin avqust ayının 12-də Elvin Hacalıyevin 70 manat pulunu, mobil telefonunu və sənədlərini soyğunçuluq yolu ilə əldə edib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini K.Novruzov tutulub.
O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.