Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbas Abbasovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Milli.Az Report-a istinadən bildirir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Abbasov barəsində seçilmiş həbs qəti imkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, A.Abbasov dələduzluqda təqsirləndirilirdi. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu.
Milli.Az