Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın xalq artistləri arasında yaranan qalmaqala münasibət bildirib.
Axşam.az-ın "Report"a istinadən məlumatına görə, nazir bildirib ki, xalq artistlərinin yazışmaları, bir-birilərinin ünvanlarına söylədikləri fikirlər mənasızdır:
"İnsanlar etik normalara riayət etməlidirlər. Xalq artisti, fəhlə, sıravi bir vətəndaş olmasından asılı olmayaraq insanlar bir-birlərinə münasibətdə etik normaları gözləməlidir".
O deyib ki, cəmiyyətin öz daxili mədəniyyəti olmalıdır:
"Əfsuslar olsun ki, bəzən mədəniyyət dedikdə sərgi, konsert təsəvvür olunur, ancaq mədəniyyət adamları cəmiyyətinin yaşam tərzini müəyyən edən, diktə edən insanlardır. Hər bir xalq artisti öz hərəkəti, davranışı haqqında ciddi düşünməlidir. Bəzi şou-biznes insanlarının arasında təəssüf ki, belə hallara yol verilir. Təbii ki, bu dünya şou-biznesdə də olur. Həmin sənət adamları bunu çox zaman sensasiya, gündəmdə qalmaq xətrinə edirlər. Əgər bu belədirsə, bu işlərin də müəyyən bir normalarda aparılması lazımdır".
Ə.Qarayev qeyd edib ki, sənət adamlarının bu hərəkətləri xalqın qarşısında özlərini məyus etməkdən başqa bir şey deyil.
Nazirdən xalq artistlərinin qalmaqalına münasibət
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
10 milyon xərcləyib 10 il cavanlaşdı - FOTO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
DYP yük avtomobillərinin sürücülərinə müraciət etdi
Bu gün
·
10:55
Ali Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlandı
Bu gün
·
10:51
İlham Əliyev onlara ali hərbi rütbələr verdi - SİYAHI
Bu gün
·
10:37
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
Bu gün
·
10:33
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi
Bu gün
·
10:18
Bakıda bu yolda yeni tunel tikiləcək
Bu gün
·
10:10
“Harmoniya” sənədli filmi Romada təqdim olunacaq
Bu gün
·
10:07
Göygöldə qanunsuz tikili söküldü - VİDEO
Bu gün
·
10:07
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Bu gün
·
09:47
Hərbi Prokurorluq Anım Günü ilə bağlı görüş keçirdi - FOTO
Bu gün
·
09:39
Xəstəyə yardım üçün yola çıxdı - Sükan arxasında öldü
Bu gün
·
09:28
Məcnun Məmmədov qərar imzaladı
Bu gün
·
09:23
Bu valyutalar bahalaşdı
Bu gün
·
09:11
Bu yollarda tıxac var - SİYAHI
Bu gün
·
08:23
"Hakimiyyətə gəlməsək, sədrlikdən istefa verəcəyəm" - Özgür Özel
Bu gün
·
03:26