İtaliyanın baş naziri Matteo Renzi növbəti dəfə Avropa Birliyini (AB) tənqid edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Blumberq"ə danışan baş nazir Birliyi "Titanik" okeanda batarkən göyərtədə musiqi ifa edən orkestrə bənzədib:

"Bir sıra islahatlar həyata keçirdik və AB-dəki tərəfdaşlarımıza "Dostlar, bu səhv və bürokratik yanaşmanı dəyişdirə bilərik", - dedik".

Ayrıca, 41 yaşlı baş nazir iqtisadi böhranın təsirlərini yüngülləşdirmək üçün Almaniyanın təklifi ilə müzakirə edilən "Sabitlik Paktı"nı "Axmaqlıq Paktı" adlandırıb.

Milli.Az