SOCAR və Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Paylaş
·49 baxış·1 dəq oxu
Bakı. 11 fevral. REPORT.AZ/ SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. "Report"un İJF-nin rəsmi saytına istinadən məlumatına görə, müqavilə Macarıstanın paytaxtı Budapeştdə SOCAR və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə Marius Vizer arasında bağlanılıb. Anlaşma 4 il müddətinə nəzərdə tutulub.