İngiltərənin ən məşhur futbolçularından biri, ölkə yığması və "Sanderlend"in yarımmüdafiəçisi Adam Conson 15 yaşlı qıza təcavüz edib.
O, Belford Kral Məhkəməsindəki prosesinin ilk iclasında ittihamları qismən qəbul edib.
Milli.Az The Guardian-a istinadən bildirir ki, 28 yaşlı futbolçunun dediyinə görə, 2014-cü ilin dekabrın 30-dan 2015-ci ilin fevralın 16-dək 15 yaşlı qızı sosial şəbəkələrdə yazışma vasitəsilə tovlamağa, yoldan çıxarmağa çalışıb. Daha sonra həmin qızla görüşən Adam Conson yeniyetməyə təcavüz edib.
O, zərərçəkənin real yaşından da xəbərdar olduğunu desə də, qıza təcavüz etmədiyini söyləyib: "Sadəcə, öpüşdük".
Məhkəmədə növbəti dinləmələr fevralın 12-də olacaq.
Club Statement - https://t.co/GQ56WM2gNc pic.twitter.com/jnUBVQPVu0
- Sunderland AFC (@SunderlandAFC) 11 февраля 2016
"Sanderlend" klubu Adam Consonu 2012-ci ildə "Mançester Yunayted"dən 14,5 milyon dollara transfer edib. Klubda 96 matçda meydana çıxan Conson 17 qol vurub. İngiltərə yığmasının heyətində 12 dəfə oyuna qatılan Adam 2 qol vurub.
"Sanderlend" klubunun yaydığı açıqlamada bildirilir ki, A.Conson komandadan kənarlaşdırılıb.
İngiltərə yığması da analoji qərar qəbul edib.
"Adidas" şirkəti reklam müqaviləsi bağladığı futbolçu ilə bütün münasibətləri kəsib.
Polisdən verilən məlumata görə, A.Consonun evində axtarış aparılarkən qanunsuz saxlanan tapança tapılıb.
Milli.Az









