Milli.Az APA-ya istinadən Türkiyənin sabiq xarici işlər naziri və Hələbdəki keçmiş baş konsulu, diplomat Yaşar Yakışın müsahibəsini təqdim edir:
- Fırat çayının Qərb sahilinə keçməməsinə dair sərt xəbərdarlıqlardan sonra Türkiyə terror təşkilatı kimi gördüyü PYD-YPG-nin Suriyanın şimalındakı bəzi mövqelərini bombaladı. Yaranmış vəziyyəti necə dəyərləndirirsiniz?
- Öz torpaqlarına qarşı təhdid yarananda lazımi tədbirləri görməsi Türkiyənin ən təbii haqqıdır. Türkiyə Suriyadakı PYD-ni və onun hərbi qanadı olan YPG-ni terror təşkilatı kimi dəyərləndirir və Fırat çayının Qərb sahilinə keçməməsi üçün uzun müddətdən bəri onlara xəbərdarlıq edir. Onlar keçməyəcəklərini bəyan etsələr də, demək ki, keçiblər və Türkiyə bombalamaq məcburiyyətində qalıb. Bombardmanın lazımi nəticəni verəcəyinə inanıram. Əks təqdirdə, bölgədə "Pandorranın qutusu" açılar və xüsusilə, Türkiyə ilə Rusiya arasında sıxıntılı durum yarana bilər.
- Rusiyanın dəstəyi ilə Hələbə gedən yolun kəsilməsi nəticəsində Türkiyənin müxaliflərə yardımı dayandı. Bu tərəfdən, Əsədin qüvvələri, o biri tərəfdən PYD Türkiyənin bölgədəki manevr sahəsini daraldırmı?
- Bunlar ikisi bir-birinə bağlı proseslərdir. Rusiya Orta Şərqə yerləşib orada uzun müddət qalmaq üçün Suriyaya əsaslı şəkildə yardım edir. Ona görə Türkiyə Suriyadakı prosesləri Rusiyanın orada uzun müddətli qalma plan və strategiyası baxımından dəyərləndirib addım atmalıdır. Suriyadakı kürdlərə həm Qərb, həm də Rusiya dəstək verir. Bu vəziyyətdə Türkiyə, ilk növbədə, təhdidlərdən qorunmalıdır. Çünki hazırda Türkiyənin təkcə Rusiya ilə deyil, Suriyadakı quru hərəkatına dəstək verən o biri qonşumuz İraqla da arası yaxşı deyil.
- Rus təhlilçiləri Rusiyanın Suriyadakı müharibəni "qəti qələbəyə" qədər aparmasına qarşı çıxaraq üstünlüyün əldə edildiyi vəziyyətdə hərbi əməliyyatların dayandırılaraq sülh müzakirələrinin başlamasının ölkəyə daha çox şey qazandıracağını vurğulayırlar. Sizcə, düz deyirlərmi?
- Rusiyanın dəstəyi ilə Suriyanın Hələbə gedən yolu müxaliflərə qapatması önəmli üstünlük sayıla bilər. Məncə, bundan sonrakı proseslərdə diqqət əsasən, Suriyadakı kürd qüvvələrinin Türkiyənin qırmızı çizgisini keçməyə cəhd edib-etməyəcəyinə bağlı olacaq. Türkiyənin etirazlarına baxmayaraq, Qərb o qüvvələri dəstəkləyir. Türkiyənin bombardmanının səbəbi o qüvvələrin Fırat çayının Qərb tərəfindəki bəzi kiçik bölgələri ələ keçirmə cəhdidir. Türkiyənin müxaliflərə dəstəyinin kəsilməsi həm Əsəd, həm də PYD-YPG qüvvələrini ürəkləndirmişdir. Bu mürəkkəb vəziyyətdə bombardmanların təsirli olmasını görmək istəyirik.
- "Pandorranın qutusu"nun açılmasına diqqəti cəlb etdiniz. Sizcə, o qutu nə vaxt açıla bilər?
- Səudiyyə Ərəbistanı və Qətərin dəstəyi ilə Türkiyə quru qüvvələrinin Suriyaya müdaxilə edə biləcəyi ehtimalından danışılır. Türkiyənin bu addımı atması "Pandorranın qutusu"nu aça bilər ki, bu da bölgədə Türkiyə ilə Rusiyanın qarşı-qarşıya gəlməsinə səbəb olar. Belə bir ehtimal varsa belə, bir an əvvəl gündəmdən çıxmasını arzu edirəm.
Milli.Az
Türk diplomat: “Türkiyə ilə Rusiya toqquşa bilər" MÜSAHİBƏ
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu ölkənin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyi irəli sürülüb
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu ölkənin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyi irəli sürülüb
Bu gün
·
01:30
Bakının bu hissəsində bulvar salınır
Bu gün
·
00:59
Bütün yükü tək daşıyan 4 bürc
Bu gün
·
00:48
ABŞ 50 ölkəyə bildiriş göndərdi
Bu gün
·
00:45
15 yaşlı göyçaylı kikboksçu dünya çempionu oldu - FOTO
Bu gün
·
00:07
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Bu gün
·
00:01
Bu gün Azərbaycanda Anım Günüdür
Bu gün
·
00:00
Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb
Dünən
·
23:59
Abşeronda qonşular arasında baş verən münaqişə qətlə bitdi
Dünən
·
23:13
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü dron hücumuna məruz qaldı
Dünən
·
22:42
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar
Dünən
·
22:06
Lavrov uzun müddət sonra onunla görüşdü
Dünən
·
21:31
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
Dünən
·
21:11
Oktyabr bəzi bürclər üçün səmərəli keçəcək
Dünən
·
20:47
Deputat həmin hadisədən danışdı: “Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan”
Dünən
·
20:28