"Report" "LifeNews"a istinadən xəbər verir ki, Türkiyə Ruuysat kəndində geri çəkilməkdə olan terrorçularla mübarizə zamanı hökumət qüvvələrinə artilleriya zərbəsi endirib.
Türkiyə mətbuatı yerli artilleriya qüvvələrinin Hələb şəhərinin şimalında yerləşən Deyr-Camal şəhərini atəşə tutduğunu xəbər verib. Ankara bu addımın kürd özünümüdafiə qüvvələrinin uğur qazanmasına cavab olaraq atıldığını bəyan edib.