"Football Leaks" daha bir futbolçunun müqaviləsini yayımlayıb. Fanat.az xəbər verir ki, saytı bu dəfə "Real"la Ceyms Rodriges arasındakı anlaşmanı ələ keçirib.
Məlum olub ki, kolumbiyalı ulduz ilk mövsümdə "Real"dan 7 milyon avro maaş alıb. Müqaviləsinin davam etdiyi qalan hər mövsüm üçün isə 7 milyon 759 min 380 avro müəyyənləşdirib. Ceyms maaşını ildə iki dəfə alıb. Belə ki, "Real" ona hər il 10 yanvar və 10 iyul tarixlərində ödəmə edir. Maaşa bonus və mükafatlar daxil deyil.
Rodriges "Real"la müqviləsini pozmaq istəsə, kluba 500 milyon avro ödəməlidi.
Qeyd edək ki, "Football Leaks" bundan əvvəl Toni Kroos, Məsut Özil, Qaret Beyl ve David de Geanın müqavilələrini yayımlamışdı.
Fanat.az