A–
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 17-18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Qədim yollar: Yeni imkanlar” mövzusunda Qlobal Biznes Forum keçiriləcək.
Dubay Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun himayədarlığı altında keçirilən bu nüfuzlu maliyyə tədbirində 500-dən artıq iş adamının, bank və digər maliyyə təsisatlarının rəhbərlərinin, yüksək vəzifəli dövlət nümayəndələrinin, rəsmi şəxslərin iştirak edəcəyi gözlənilir.
Forumun işinə “B.EST Solutions” şirkətinin baş icraçı direktoru Behnam Qurbanzadə də qatılacaq. B.Qurbanzadənin çıxışı İslam bankçılığı modellərinin inkişafında innovativ texnologiyaların tətbiqi mövzusuna həsr ediləcək. O, xüsusilə Azərbaycanın mobil elektron imza texnologiyası olan “ASAN imza” xidmətinin İslam bankçılığında tətbiqi perspektivlərindən bəhs edəcək.
İki gün davam edəcək Forum barədə daha ətraflı məlumatı www.cisgbf.com internet səhifəsindən əldə etmək mümkündür.