A–
Bakı, 16 fevral, AZƏRTAC
Bakının 9-cu mikrorayonunda bəzi 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülüb, onların yerində yeni binaların tikilməsi ilə bağlı konsepsiya hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 16-da iş adamları ilə keçirdiyi görüşdə məlumat verib.
Nazir bildirib ki, konsepsiyaya əsasən köhnə binalarda yaşayan sakinlərin yeni binalara köçürülməsi nəzərdə tutulur.
Kəmaləddin Heydərov tikinti şirkətlərini bu layihədə iştirak etməyə çağırıb. Nazir Fövqəladə Hallar Nazirliyinin bu sahədə tikinti şirkətlərinə dəstək verəcəyini qeyd edib.