A–
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Əsasnamədə Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, fəaliyyətinin təşkili kimi müddəalar yer alıb.
Agentliyin əsas fəaliyyət istiqamətləri icbari tibbi sığorta sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək, tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, onun əlçatan olması, əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədilə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görməkdir.
azertag.az: Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi təsdiq edilib