"Narimanfilm" kinostudiyası Giffoni-Gürcüstan Beynəlxalq Film Festivalında (Giffony İnternational Film Festival) iştirak etmək üçün 3 məktəblidən ibarət bir qrupun Gürcüstana səfərini təşkil edir. Qrup festivalda münsiflər heyətinin tərkibində iştirak edəcək.

Giffoni Beynəlxalq Film Festivalı 46 il ərzində keçirilən və münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gəlmiş məktəblilərdən ibarət olan festival kimi kino dünyasında bənzərsiz bir hadisədir.

Giffoni Beynəlxalq Film Festivalı artıq ikinci dəfədir ki, Gürcüstanda keçirilir. Bu il festival məktəblilərin yay tətili günlərində - 23-27 iyun aralığında baş tutacaqdır. Festival müddətində məktəblilər gürcüstanlı ailələrdə yerləşdiriləcəkdir. Onlar festivalda təqdim olunan filmlərə baxaraq onları müzakirə edəcək və qalibləri müəyyənləşdirəcəklər. Bundan başqa, festival müddətində müxtəlif treninqlər və seminarlar təşkil olunacaqdır. Bu semainarlarda onlar peşəkar rejissorlar, aktyorlar, kino sahəsinin digər peşəkarları, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən olan yaşıdları ilə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Festivalda 13-18 yaş aralığında məktəblilər iştirak edə bilərlər.

13 yaş - Festival başlayan günə qədər 13 yaşı tamam olmuş.

18 yaş - Festival başlayan günə qədər 18 yaşı tamam olmamış.

Əlaqə:

"Narimanfilm" kinokompaniyası

F.Qurbanov küç. 13/5

Tel: +994 12 491 63 79

E-mail: mail@narimanfilm.az

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az