A–
Tovuz, 19 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Tovuz Rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsinin əməkdaşları ilə birgə rayonun sərhəd kəndləri olan Əlibəyli, Hacallı və Ağdam sakinlərinə səyyar xidmət göstəriblər.
Tovuz Rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsinin rəisi Kamil Quliyev AZƏRTAC-a bildirib ki, vaxtı bitmiş, ümumiyyətlə, vəsiqəsi olmayan sakinlərlə yanaşı, uşaqlara da yeni şəxsiyyəti təsdiq edən sənədlər təqdim ediblər.
Rayonda bir neçə gün davam edən səyyar xidmətdən sərhəd kəndlərinin 400-dən çox sakini yararlanıb.
AZERTAG.AZ :Tovuzun sərhəd kəndlərində yaşayan sakinlər şəxsiyyət vəsiqələri ilə təmin olunublar