A–
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti (ATU) qonşu ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə universitetin əməkdaşları Piri Axundov və Sadiq Əfəndiyev Türkiyədə və Gürcüstanda səfərdə olub, bir sıra ali məktəblərdə görüşlər keçiriblər. Görüşlərdə əməkdaşlıq imkanları müzakirə edilib, bəzi məsələlərlə bağlı ilkin razılıq əldə olunub.
AZERTAG.AZ :Azərbaycan Texnologiya Universiteti beynəlxalq əlaqələrini genişləndirir



