Kikboksinq üzrə Azərbaycan çempionatının qalıbləri müəyyənləşib

17:58 20 Fevral 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

A+
A

Bakı, 20 fevral, AZƏRTAC
Bakı İdman Sarayında kikboksinq üzrə Azərbaycan çempionatı və kadetlər arasında “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” adı altında ölkə birinciliyi keçirilib. İlk dəfə olaraq çempionatın finalları peşəkar səviyyədə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yarışlarda ölkəmizin bütün regionlarından olan komandaların 600-dən çox idmançısı iştirak edib.
Kişilər arasında Anar Məmmədov (51 kq, “Neftçi”), Çingiz Əhmədzadə (54 kq, “Neftçi”), Elşad Ələsgərov (57 kq, “Ağsu-Neftçi”), Zöhrab Əzimov (60 kq, DİN), Ruslan Əliyev (63,5 kq, “Qızıl əlcək”), İbrahim Məmmədov (67 kq, “Citkundo”), Ramal Aslanov (71 kq, DİN), Emil Mövsümzadə (75 kq, DİN), Bəybala Quliyev (81 kq, “Neftçi”), Orxan Məlikov (86 kq, “Naxçıvan” İK), Bəhram Rəcəbzade (91 kq, “Orion”), Ağalar Sadıxzadə (91kq-dan yuxarı, Cəlilabad) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Qadınlar arasında isə Suad Səlimova (51 kq, “Neftçi”), Həmidə Rüzgari (54 kq, DİN), Nərminə Əliyeva (57kq, “Sərhədçi”), Solmaz İsmayilova (60 kq, Gəncə), Olena Həsənova (63,5kq, “Caspian”), Yelena Abbasova (67 kq, DİN) və Fəridə Məlikzadə (71kq, “Ağsu-Neftçi”) qızıl medal qazanıblar.
AZERTAG.AZ :Kikboksinq üzrə Azərbaycan çempionatının qalıbləri müəyyənləşib

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kikboksinq_uzre_Azerbaycan_chempionatinin_qalibleri_mueyyenlesib-929109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR