Son illər Bakıdakı tikinti bumundan, daha doğrusu, xaotik tikintidən zərər çəkənlər arasında uşaqlar da var. Çünki sovet dövründə inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının həyətlərində uşaq meydançalarının çoxu ya yeni göydələnlərin inşası üçün mənzil-tikinti kooperativlərinə satılıb, ya da müxtəlif təyinatlı obyektlərin tikintisi üçün zəbt olunub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, yeni tikilən çoxmərtəbəli yaşayış binaları isə əksər hallarda bir-birlərinə o qədər yaxındır ki, onların həyətlərində boş sahə ümumiyyətlə qalmır, yaxud sakinlərin avtomobilləri tərəfindən hər metrinə qədər zəbt olunur.

Bakının Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində, Cavadxan və Kazımovski küçələrində yerləşən 9-mərtəbəli və 5-mərtəbəli yaşayış binalarının həyətlərinə göz gəzdirib, uşaqların oynaması üçün nəzərdə tutulan meydançaların indiki vəziyyətini əks etdirən kadrlar çəkdik. Kadrlardan görünür ki, bu yaşayış binalarının həyətləri ya xarabalıqları xatırladır, ya da avtomobil yuma məntəqələri, qarajlar və dayanacaqlar tərəfindən "zəbt olunub". Bu həyətlərdə uşaqların oynaması nəinki mümkün deyil, üstəlik təhlükəlidir.

Milli.Az

Bakının dağınıq məhəllələri: uşaqlar harada oynasınlar?! - FOTO